Ermənistan Prezidenti yüksək vəzifəli şəxsi işdən çıxarıb

Ermənistan Prezidenti yüksək vəzifəli şəxsi işdən çıxarıb Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyan administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad edib.
Region
23 Yanvar , 2022 22:01
Ermənistan Prezidenti yüksək vəzifəli şəxsi işdən çıxarıb

Ermənistanın istefa vermiş Prezidenti Armen Sarkisyan administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad edib.

“Report”un məlumatına görə, bu barədə Ermənistan liderinin saytı xəbər verib.

"Emil Tarasyan Ermənistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin", - dövlət başçısının saytında yerləşdirilən sərəncamda deyilir.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan bu gün istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.

Son xəbərlər

Orphus sistemi