Ermənistanın hakim fraksiyasının başçısı: "Robert Köçəryandan qorxmuruq"

Ermənistanın hakim fraksiyasının başçısı: "Robert Köçəryandan qorxmuruq" Fraksiya başçısı söyləyib ki, Ermənistanın böhrandan çıxması ilə bağlı “yol xəritəsi” reallaşdırmağı davam etdirirlər
Region
211
8 Fevral , 2021 17:05
Ermənistanın hakim fraksiyasının başçısı: Robert Köçəryandan qorxmuruq
Lilit Makunts

“Biz Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirakından qorxmuruq. Onun bu qərarını müzakirə etməmişik”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının başçısı Lilit Makunts ölkənin keçmiş prezidenti R.Koçaryanın siyasətə qayıdışı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Qərarı qorxudan qəbul etməyimiz mümkün deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi tərəfimizdən təklif edilib”, - o bildirib.

Fraksiya başçısı söyləyib ki, Ermənistanın böhrandan çıxması ilə bağlı “yol xəritəsi” reallaşdırmağı davam etdirirlər. Bunun nəticələrinə əsasən, növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə etmək olar.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsini parlamentdəki müxalifət, eləcə də parlamentdənkənar qüvvələr tərəfindən də müsbət qarşılanmayıb. Deputat bu ilin iyununda “yol xəritəsi”nin həyata keçirilməsinə yekun vuracaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi