Ermənistanın hakim partiyası baş nazir vəzifəsinə namizədini aprelin 30-dək müəyyənləşdirəcək

Ermənistanın hakim partiyası baş nazir vəzifəsinə namizədini aprelin 30-dək müəyyənləşdirəcək Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistanın hakim Respublikaçılar Partiyasının ölkənin baş naziri vəzifəsinə namizədi parlament fraksiyasının iclasında müəyyənləşəcək.
Region
26 Aprel , 2018 19:53
Ermənistanın hakim partiyası baş nazir vəzifəsinə namizədini aprelin 30-dək müəyyənləşdirəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistanın hakim Respublikaçılar Partiyasının ölkənin baş naziri vəzifəsinə namizədi parlament fraksiyasının iclasında müəyyənləşəcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının İdarə Heyətinin üzvü Eduard Şarmazanov məlumat verib.

"Qanuna əsasən, biz bu məsələni aprelin 30-dək həll etməliyik", - o bildirib. 

Lakin Eduard Şarmazanov fraksiyanın iclasının nə vaxt keçiriləcəyini deməyib.

Qeyd edək ki, baş nazirin təyinatı ilə bağlı məsələ ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi