Ermənistan parlamentinin üzvü: "Prezident ölkədən kənarda istefa verib"

Ermənistan parlamentinin üzvü: "Prezident ölkədən kənarda istefa verib" Ermənistanın istefa verdiyini elan etmiş Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır.
Region
222
24 Yanvar , 2022 03:48
Ermənistan parlamentinin üzvü: Prezident ölkədən kənarda istefa verib
Armen Sarkisyan

Ermənistanın istefa verdiyini elan etmiş Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır.

“Report” xəbər verir ki, bu barədə parlamentin “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib.

“Respublika Prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, - Tevanyan feysbukdakı hesabında yazıb.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan dünən istefa verdiyini açıqlayıb. O qeyd edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.

Yanvarın 18-də Prezidentin mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib. Prezidentin məzuniyyətdən qayıtması barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi