Ermənistanın Belarusdakı səfiri bloqqer Lapşin məsələsinə görə geri çağırılmağını düzgün hesab etmir

Ermənistanın Belarusdakı səfiri bloqqer Lapşin məsələsinə görə geri çağırılmağını düzgün hesab etmir "Biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq"
Region
8 Fevral , 2017 23:24
Ermənistanın Belarusdakı səfiri bloqqer Lapşin məsələsinə görə geri çağırılmağını düzgün hesab etmir

Bakı. 8 fevral. REPORT.AZ/ Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan, Minskin Dağlıq Qarabağa qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinlə bağlı tutduğu mövqeyə baxmayaraq, səfirin bu ölkədən demarş olaraq geri çağırılmasını, həmçinin bu kimi addımları düzgün hesab etmir.

"Report" xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri "Azadlıq" radiosunun erməni bürosuna açıqlamasında bildirib.

"Biz diplomatik münasibətləri saxlamalıyıq, çünki bir sıra beynəlxalq təşkilatlarda birgə hərəkət edirik, biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq", - deyə Armen Xaçatryan bildirib.

Son xəbərlər

Orphus sistemi