KİV: Ermənistanın baş naziri daşnakların hökumətdə təmsil olunmasını istəmir

KİV: Ermənistanın baş naziri daşnakların hökumətdə təmsil olunmasını istəmir “Haykakan Jamanak”: “Baş nazir daşnakları heç cür qəbul edə bilmir”
Region
18 Aprel , 2017 16:34
KİV: Ermənistanın baş naziri daşnakların hökumətdə təmsil olunmasını istəmir

Bakı. 18 aprel. REPORT.AZ/ “Ermənistanın baş naziri Karen Karapetyan yeni hökumətə Daşnaksütyun Partiyasının bəzi üzvlərinin daxil olmasını istəmir”.

“Report” xəbər verir ki, bunu “Haykakan Jamanak” (“Erməni vaxtı”) qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, baş nazir daşnakları heç cür qəbul etmək istəmir: "Ancaq koalisiya hökumətinin formalaşmasına Serj Sarqsyan nəzarət etdiyindən daşnakların yeni hökumətdə təmsilçiliyinə mane olmaq Karen Karapetyanın imkanları xaricindədir. Ona görə də baş nazir heç olmazsa nazirlərin seçilməsinə təsir etməyə çalışır”.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə əsasən, 54 faizlik sabit deputat səsini əldə etmək üçün Respublikaçılar Partiyası (49,12 faiz) az səs toplayan "Çıxış" bloku (7,77 faiz), yaxud “Daşnaksütyun” Partiyası (6,57 faiz) ilə koalisiya qura bilər. Yeni hökumətə indiki baş nazri Karen Karapetyanın başçılıq edəcəyi ehtimalı böyükdür.

Xatırladaq ki, Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi