Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb

Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin əməkdaşı Mile Milenkovski saxlanılıb.
Region
4 Sentyabr , 2021 11:38
Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
Mile Milenkovski

Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomat avqustun 27-də “Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.

Şimali Makedoniyanın “Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

M.Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Ermənistanın keçmiş hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.

Bildirilib ki, cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi