Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb Gürcüstanın dövlət sərhədini qanunsuz keçən 3 Hindistan vətəndaşı saxlanılıb.
Region
3 Sentyabr , 2020 10:22
Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

Gürcüstanın dövlət sərhədini qanunsuz keçən 3 Hindistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən olunub ki, əcnəbilər qrup halında Ermənistandan daxil olmaqla Gürcüstan ərazisinə qeyri-qanuni keçiblər.

Faktla bağlı istintaq aparılır. Sərhədi pozan Hindistan vətəndaşlarını 4 ildən 5 ilədək həbs gözləyir.

Sərhəd Polisindən qeyd olunub ki, bu il Gürcüstan sərhədlərini qanunsuz keçdiyinə görə müxtəlif ölkələrdən olan 92 vətəndaş saxlanılıb. 

 

Son xəbərlər

Orphus sistemi