Bakı. 19 iyul. REPORT.AZ/ Ermənistan növbəti dəfə Gürcüstana xəyanət edib.
“Rustavi-2” televiziya kanalının məlumatına görə, Ermənistan sərhədçiləri bir neçə gün əvvəl dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə doğru irəliləyib və yeni sərhəd zolağı müəyyən ediblər. Nəticədə 10 hektardan çox ərazi zəbt olunub. Gürcüstanın Ermənistanla sərhəd Sazakənd kəndinin 15 hektar ərazisi hazırda ermənilərin nəzarətindədir.
Telekanal yerli sakinlərə istinadən xəbər verir ki, ermənilərin belə təxribatçı hərəkətləri birinci dəfə deyil. Bundan əvvəl də ermənilər müxtəlif bölgələrdə sərhəd xəttini irəli çəkərək Gürcüstan ərazilərini zəbt ediblər. Lakin bu, “ən böyük addım”dır - 15 hektar.
Yerli sakinlər bildirirlər ki, əvvəllər sərhəd xətti kənddən xeyli aralı olub. Amma sərhəd xətti indi onların evlərinin yanından keçir.
Hazırda yerli hakimiyyət orqanları problemi həll edə bilmirlər.