Ermənistandakı Rusiya pilotları irimiqyaslı təlimlərə hazırlaşır

Ermənistandakı Rusiya pilotları irimiqyaslı təlimlərə hazırlaşır Miq-29 qırıcı təyyarələrinin, Mi-24p hücum və Mi-8Mt çoxhədəfli vertolyotların pilotları təlim-məşq uçuşları yerinə yetirir
Region
4 İyul , 2016 16:00
Ermənistandakı Rusiya pilotları irimiqyaslı təlimlərə hazırlaşır

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən Erebuni qırıcı və hərbi aviasiya bazasının rusiyalı pilotları irimiqyaslı taktiki təlimlərə hazırlığa başlayıb. Təlimlər iyulun ortalarında "Kamhud" və "Alagöz" yüksək dağlıq poliqonlarda keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, dördüncü nəsil müasir Miq-29 qırıcı təyyarələrinin, Mi-24p hücum və Mi-8Mt çoxhədəfli vertolyotların pilotları icazə verilən minimum və maksimum yüksəkliklərdə təlim-məşq uçuşları yerinə yetirir, hava döyüşünün aparılması və yerdəki hədəflərə hücum tapşırıqlarını həyata keçirir.

Taktiki təlimlərdə Rusiyanın Cənubi Qafqazdakı aviasiya məntəqəsinin bütün uçuş qrupları, göyərtə mütəxəssisləri və qurudakı mühəndis-texniki heyət ekspertləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi