Ermənistandakı Rusiya hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb

Ermənistandakı Rusiya hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb Qeyd edək ki, iyulun 5-də Gümrüdə Rusiya hərbçisinin ölümü barədə məlumat yayılıb.
Region
520
6 İyul , 2020 17:01
Ermənistandakı Rusiya hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının 20 yaşlı hərbçisi S.Salixovun ölümü ilə əlaqədar cinayət işi başlanılıb.

“Report” “Novosti Armeniya-NEWS.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, Rusiya hərbçisinin meyiti hərbi baza yerləşən Gümrü şəhərinin Muş məhəlləsindəki mənzillərdən birində asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, iyulun 5-də Gümrüdə Rusiya hərbçisinin ölümü barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi