​Ermənistandakı etirazçılar: "Qərar ləğv olunmasa, hökumətin istefasını tələb edəcəyik"

​Ermənistandakı etirazçılar: "Qərar ləğv olunmasa, hökumətin istefasını tələb edəcəyik" Gümrüdəki aksiya iştirakçıları borclarını ödəməyəcəklərini bildiriblər
Region
20 İyun , 2015 17:47
​Ermənistandakı etirazçılar: Qərar ləğv olunmasa, hökumətin istefasını tələb edəcəyik

Bakı. 20 iyun. REPORT.AZ/ Ermənistanın Yerevan, Gümrü, Vanadzor şəhərlərində elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya iştirakçıları əllərində "Soyğuna yox!", "Əlini cibimizdən çək!" kimi şüarlar yazılan plakatlar tutublar.

Gümrüdəki etirazçılar borclarını ödəməyəcəklərini bildiriblər. Aksiya iştirakçıları bəyan edib ki, əgər elektrik enerjisinin bahalaşması haqda qərar dəyişməzsə, o zaman hökumətin istefasını istəyəcəklər.

Qeyd edək ki, Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" şirkətinə məxsusdur.

Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi