Ermənistanda zəlzələ baş verib

Ermənistanda zəlzələ baş verib Göyçə bölgəsində zəlzələ olub.
Region
27 Avqust , 2021 11:01
Ermənistanda zəlzələ baş verib
0 : 00
0 : 00

Göyçə bölgəsində zəlzələ olub.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Aşağı Qaranlıq şəhərində baş verib. Yeraltı təkan episentrdə Rixter şkalası ilə 4-5 balla qiymətləndirilib. Ətraf ərazilərdə isə 3.3 bal, İrəvanda 2 balla hiss edilib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi