Ermənistanda zavod tamamilə yanıb

Ermənistanda zavod tamamilə yanıb Ermənistanın Kotayk vilayətində alışqan istehsal edən zavodda güclü yanğın olub.
Region
22 Sentyabr , 2020 09:59
Ermənistanda zavod tamamilə yanıb

Ermənistanın Kotayk vilayətində alışqan istehsal edən zavodda güclü yanğın olub. 

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Sentyabrın 22-si saat 00:21-də başlayan yanğın 01:30-da söndürülüb.

Hadisə nəticəsində zavodun 2002-ci il təvəllüdlü Arsen A. adlı əməkdaşı xəsarət alıb.

Yanğın alışqan istehsal edən 20 dəzgahı, xammal və hazır məhsulun bir qismini məhv edb.

Son xəbərlər

Orphus sistemi