Ermənistanda yol qəzalarında ölənlərin sayı rekord həddə çatıb

Ermənistanda yol qəzalarında ölənlərin sayı rekord həddə çatıb İl ərzində Ermənistanda baş verən yol-nəqliyyat hadisələrinin sayı demək olar, 25 faiz artıb.
Region
28 Dekabr , 2019 07:59
Ermənistanda yol qəzalarında ölənlərin sayı rekord həddə çatıb

İl ərzində Ermənistanda baş verən yol-nəqliyyat hadisələrinin sayı demək olar, 25 faiz artıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Yol polisi rəisinin müavini Arman Çilinqaryan bildirib ki, ilin əvvəlindən dekabrın 26-dək ölkədə 4715 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 335 həlak olub, 6678 nəfər yaralanıb.

Beləliklə, il ərzində yol-nəqliyyat hadisələrinin, habelə ölənlərin və yaralıların sayı rekord həddə çatıb. Məlumatda bildirilir ki, 2018-ci ilin əvvəlindən həmin ilin 25 dekabrınadək Ermənistanda 3725 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ötən il qəzalar nəticəsində 310 nəfər həlak olub, 5394 nəfər yaralanıb.

Keçən il Yerevanda 1649 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar 80 nəfərin həlak olması, 2193 nəfərin yaralanması ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi