Ermənistanda yezidi kürdlərin uşaqları məktəbə getməkdən məhrum olublar

Ermənistanda yezidi kürdlərin uşaqları məktəbə getməkdən məhrum olublar “Sincar” təşkilatının sədri: “Hakimiyyət bizim tələblərimizə indiyədək əməl etməyib”
Region
11 Oktyabr , 2017 20:38
Ermənistanda yezidi kürdlərin uşaqları məktəbə getməkdən məhrum olublar

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ermənistanın Armavir vilayətində 5 kənddə yezidi kürdlərin 32 uşağı məktəbə getməkdən məhrum olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Sincar Yezidilərin Milli Birliyi” ictimai təşkilatının sədri Boris Murazi bildirib.

Onun sözlərinə görə, bu, vilayət administrasiyasından verilən rəsmi cavabdır: “Ancaq təhsil almayan, məktəbə getməkdən yayınan yezidi kürd uşaqlarının sayı bundan çoxdur. Onların bir qismi məktəbdə qeydiyyata düşsə də, dərsə getmirlər”.

B.Murazi bildirib ki, “Sincar” yezidi kürd uşaqlarının, xüsusilə qızların təhsil almaq hüququnun təmin olunması məsələsini Ermənistanın dövlət qurumları qarşısında dəfələrlə qaldırıb: “Ancaq hakimiyyət bizim tələblərimizə indiyədək əməl etməyib”.

Qeyd edək ki, Ermənistan monoetnik ölkədir. Yerevanın yürütdüyü diskriminasiya siyasəti və ölkə ictimaiyyətinin pis rəftarı səbəbindən sayları az olan yezidi kürdlər də bu dövlətin ərazisini tərk etmək məcburiyyətində qalıblar.

Ermənistanın rəsmi statistikasına əsasən, 1989-cu ildə ölkədə onların sayı 51 min 976 nəfər (ölkə əhalisinin 4 faizini təşkil edib), 2001-ci ildə 35 min 308 nəfər (1,2 faiz) olub. 

Son xəbərlər

Orphus sistemi