Ermənistanda yezidi kürdləri məktəbə buraxmırlar

Ermənistanda yezidi kürdləri məktəbə buraxmırlar Bakı. 14 sentyabr. REPORT.AZ/ “Gedin, sizə öz yezidləriniz dərs keçsin”.
Region
14 Sentyabr , 2018 14:17
Ermənistanda yezidi kürdləri məktəbə buraxmırlar
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Gedin, sizə öz yezidləriniz dərs keçsin”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Armavir vilayətində yezidi kürdlərinin yaşadığı Ferik kəndinin müəllimi Rubik Xaçatryan bu etnik qrupun təmsilçisi olan şagirdlərə deyib.

Kənd sakinləri məktəbin direktoru Levon Poqosyanın istefasını tələb ediblər. Bundan sonra məktəbin müəllimləri şagirdlərə təzyiq etməyə başlayıb. Onlar şagirdləri məktəbə buraxmayaraq bildiriblər ki, valideynləri direktora qarşı şikayətlərini geri götürməsələr dərs keçməyəcəklər: “Nə qədər ki, direktora qarşı şikayəti götürməyibsiniz, gedin, bir də məktəbə gəlməyin”.

Müəllimlərdən biri bildirib ki, onları dərs keçməməyə Poqosyan vadar edir: “Direktor və dostu Xaçatryan bizi məcbur edir ki, uşaqlara dərs keçməyək. Çünki məktəbdə maliyyə mənimsənilməsi faktları var. Onlar da qorxurlar ki, Poqosyan işdən azad edilsə, bütün gizli mətləbləri açacaq”. 

Son xəbərlər

Orphus sistemi