Ermənistanda yəzidi kürdlərdən ibarət kəndin sakinlərinə 20 gündür su verilmir

Ermənistanda yəzidi kürdlərdən ibarət kəndin sakinlərinə 20 gündür su verilmir İcma sədri: “Nasosu dəyişmək üçün Rusiya hərbçiləri bazaya girməyə icazə vermir”
Region
6 Fevral , 2017 15:10
Ermənistanda yəzidi kürdlərdən ibarət kəndin sakinlərinə 20 gündür su verilmir

Bakı. 6 fevral. REPORT.AZ/ Ermənistanın Araqatsotnin vilayətinin Tlik kəndinin yəzidi kürdlərdən ibarət sakinləri su nasos stansiyasında yaranan nasazlıq səbəbindən 20 gündür susuz qalıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Sincar yəzidi kürdləri milli birliyi” İctimai Təşkilatı məlumat yayıb.

“Kənddə 20 gündür su yoxdur. Kənd sakinləri Rusiyanın hərbi bazası ərazisində yerləşən su stansiyasındakı xarab nasosu dəyişmək üçün öz maliyyə vəsaitləri hesabına yenisini alıblar. Ancaq hərbi bazadan bidiriblər ki, əraziyə keçmək üçün uyğun buraxılış icazəsi olmalıdır. Bu məqsədlə kənd camaatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət ediblər. Ancaq indiyədək onlar buraxılış verilməyib”, - deyə təşkilatın sədri Boris Murazi bildirib.

Məlumata görə, kənd sakinləri əsasən maldarlıqla məşğuldurlar.

Təşkilat başçısı vurğulayıb ki, heyvanları sulaya bilmirlər: “Sakinlər içməli suyu alırlar. Stansiyadan vurulan suyu isə məişət məqsədilə istifadə edirlər. Hakimiyyət nümayəndələri bu istiqamətdə heç bir iş görmür”.

Son xəbərlər

Orphus sistemi