Yerevanda körpələrin satışına görə 1 nəfər saxlanılıb

Yerevanda körpələrin satışına görə 1 nəfər saxlanılıb Ermənistanda əcnəbilər tərəfindən uşaqların qanunsuz övladlığa götürülməsi faktı üzrə cinayət işi çərçivəsində iki uşağın satışının təşkilini cəhd etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Region
29 Noyabr , 2019 06:03
Yerevanda körpələrin satışına görə 1 nəfər saxlanılıb

Ermənistanda əcnəbilər tərəfindən uşaqların qanunsuz övladlığa götürülməsi faktı üzrə cinayət işi çərçivəsində iki uşağın satışının təşkilini cəhd etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən Naira Arutunyan bildirib.

O, qeyd edib ki, İstintaq Komitəsinin həddi-buluğa çatmamış şəxslərin seksual toxunulmazlığı və narkotiklərin qanunsuz dövriyyəsi, uşaqların qanunsuz övladlığa götürülməsi faktı üzrə araşdırılan cinayət işi çərçivəsində Baş İdarə tərəfindən iki uşağın satışını təşkil etmək cəhdində şübhəli bilinən 1976-cı il təvəllüdlü Yerevan sakini saxlanılıb. Komitə rəsmisi həmin şəxsin adını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi