Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.
Region
7 Fevral , 2023 11:24
Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə 36 623 körpə doğulub. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 270 körpə azdır. Hesabat dövründə 4 525 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 91 hadisə çoxdur.

Statistika Komitəsinin məlumatına əsasən, nikahların sayında da azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ildə 16 795 nikah bağlanıb. Bu, bir il əvvəlki göstəricidən 370 hadisə azdır.

Son xəbərlər

Orphus sistemi