Ermənistanda yanğın baş vermiş hərbi hissənin komandiri saxlanılıb

Ermənistanda yanğın baş vermiş hərbi hissənin komandiri saxlanılıb Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.
Region
26 yanvar 2023 07:56
Ermənistanda yanğın baş vermiş hərbi hissənin komandiri saxlanılıb

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi