Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib

Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib Bakı. 26 sentyabr. REPORT.AZ/ Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) 250-dən çox diplomatik pasportu ləğv edib.
Region
26 Sentyabr , 2018 14:11
Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) 250-dən çox diplomatik pasportu ləğv edib.

“Report” bu ölkənin KİV-ə istinadən xəbər verir ki, bunu XİN-in mətbuat katibi Tiqran Balayan futbol üzrə milli komandanın kapitanı, Londonun "Arsenal" klubunun oyunçusu Henrik Mxitaryanın diplomatik pasportdan məhrum edilməsinə dair dərc olunmuş xəbərlərə münasibət bildirərkən deyib.

O söyləyib ki, hazırda 254 diplomatik pasport ləğv edilib, amma rəsmi çağırışlara baxmayaraq həmin sənədlər təhvil verilməyib.

Son xəbərlər

Orphus sistemi