Ermənistanda vəkillər etiraz aksiyası keçirəcəklər

Ermənistanda vəkillər etiraz aksiyası keçirəcəklər Miqran Poqosyan: "Məhkəmə zalında onların əşyalarına keçirilən baxış daha çox axtarışa oxşayır"
Region
24 Avqust , 2017 13:17
Ermənistanda vəkillər etiraz aksiyası keçirəcəklər

Bakı. 24 avqust. REPORT.AZ/ Ermənistanda vəkillər sentyabrın 13-də etiraz aksiyası keçirəcəklər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiyada yüzdən çox vəkilin iştirak edəcəyi gözlənilir.

Onlar məhkəmə zalında şəxslərinin yoxlamasına etiraz olaraq bu aksiyanı keçirirlər.

Tətildə iştirak edəcək vəkil Miqran Poqosyan bildirib ki, məhkəmə zalında onların əşyalarına keçirilən baxış daha çox axtarışa oxşayır: “Məhkəmə icraçılarının timsalında məhkəmə sistemi vəkillərə qarşı qanunsuz tələblər irəli sürür”. 

Son xəbərlər

Orphus sistemi