Ermənistanda vəkillər etiraz aksiyasına başlayıblar.
“Report” xəbər verir ki, Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zöhrabyan jurnalistlərə bildirib ki, onlar polis rəisi Aram Hovhannisyanın istefasını tələb edirlər.
Etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılıq hallarının artmasına qarşı mübarizə aparmaq niyyətindədirlər.
Vəkillər hazırda polis idarəsinə doğru irəliləyirlər.
Məlumata görə, aksiya 3 gün davam edəcək.
Qeyd edək ki, indiyədək ölkədə bir neçə vəkil polis zorakılığına məruz qalıb.