Bakı. 9 avqust. REPORT.AZ/ Yerevandakı Ermənistan Dövlət Politexnik Universitetinin binasında yanğın baş verib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanğın binanın 3-cü və 4-cü mərtəblərində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədə sanitar qovşağı olan otağın tavanının 9 kv metri, kimyəvi laboratoriyanın tavanı, eləcə də kimyəvi maddələr saxlanılan yerin divarı və pəncərəsi yanıb.
Yanğının səbəbləri araşdırılır.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu universitetin məzunudur.