Ermənistanda tələbələrin etiraz aksiyası davam edir

Ermənistanda tələbələrin etiraz aksiyası davam edir Bakı. 8 noyabr. REPORT.AZ/ Hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən erməni tələbələr aksiyalarına davam etmək üçün Ermənistanın Təhsil və Elm Nazirliyinin binasına doğru istiqamət alıblar.
Region
8 Noyabr , 2017 13:42
Ermənistanda tələbələrin etiraz aksiyası davam edir

Bakı. 8 noyabr. REPORT.AZ/ Hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən erməni tələbələr aksiyalarına davam etmək üçün Ermənistanın Təhsil və Elm Nazirliyinin binasına doğru istiqamət alıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, tələbələr nazirlikdən qaldırdıqları problemlə bağlı yekun cavab almaq niyyətindədirlər və məhz bu cavabdan sonra növbəti addımlar barədə qərar veriləcək.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.

Son xəbərlər

Orphus sistemi