Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan ölüb

Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan ölüb Ermənistanda daha 1 277 nəfərdə koronavirus aşkarlanıb.
Region
3 Dekabr , 2020 10:57
Ermənistanda son sutkada 26 nəfər COVID-19-dan ölüb
0 : 00
0 : 00

Ermənistanda daha 1 277 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 138 508 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 254-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 567-yə yüksəlib. İndiyədək 113 228 nəfər infeksiyadan sağalıb.

Son xəbərlər

Orphus sistemi