Ermənistanda son sutkada 1 000-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada 1 000-dən çox yoluxma qeydə alınıb Hazırda ölkədə 10 963 aktiv koronavirus xəstəsi var
Region
20 Mart , 2021 11:09
Ermənistanda son sutkada 1 000-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada daha 1 071 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 183 127-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 332-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 855 nəfərdir. İndiyədək 167 977 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 10 963 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi