Bakı. 26 sentyabr. REPORT.AZ/ Ermənistanda “Narsan” şirkəti direktorunun müavini Robert Arutyunyan böyük məbləğdə rüşvət verməkdə şübhəli bilinərək tutulub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin Mətbuat katibliyi məlumat yayıb.
Cinayət işi üzrə araşdırma aparılır.
Əgər Robert Arutyunyana qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.