Ermənistanda şəhər meri və onun müavini tutulub

Ermənistanda şəhər meri və onun müavini tutulub Bakı. 31 may. REPORT.AZ/ Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan tutulublar.
Region
31 May , 2018 13:54
Ermənistanda şəhər meri və onun müavini tutulub
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan tutulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan “Facebook”da yazıb.

Məlumata görə, onlar 2018-ci il aprelin 22-də Yerevanda etiraz yürüşü iştirakçılarına hücum təşkil etməkdə ittiham olunurlar. Həmin gün maska geyinmiş bir qrup gənclərə hücum edərək, onları dəyənəklə döymüşdülər. Həmin hadisə ilə bağlı daha 3 nəfər saxlanılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.  

Son xəbərlər

Orphus sistemi