Ermənistanda seçki keçirmək üçün pul tapılmır

Ermənistanda seçki keçirmək üçün pul tapılmır David Arutyunyan: "Bunun üçün 12-15 milyon dollar maliyyə vəsaiti lazımdır"
Region
20 İyun , 2016 15:59
Ermənistanda seçki keçirmək üçün pul tapılmır

Bakı. 20 iyun. REPORT.AZ/ "İki həftə ərzində maliyyə vəsaiti tapılmazsa, 2017-ci ildə parlament seçkiləri köhnə Seçki Məcəlləsi ilə keçiriləcək".

"Report" Ermənnistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin hökumət adminstrasiyasının rəhbəri, nazir David Arutyunyan bildirib.

Onun sözlərinə görə, yeni qəbul edilən Seçki Məcəlləsində elektron səsvermənin keçirilməsi nəzərdə tutulur: "Bunun üçün vətəndaşlara yeni şəxsiyyət vəsiqələri verilməli, barmaq izləri haqda məlumat bu sənədə daxil edilməlidir. Bunun üçün 12-15 milyon dollar maliyyə vəsaiti lazımdır".

Məlumata əsasən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günlərdə Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini ilə telefonla danışıb. Həmin danışıqda Ermənistanda islahatların keçirilməsinin maliyyələşdirilməsindən bəhs edilib.

Xəbərdə qeyd edilib ki, Ermənstan hakimiyəti islahat aparmaq üçün bu yolla Avropa İttifaqından əlavə maliyyə vəsaiti almağa çalışır. 

Son xəbərlər

Orphus sistemi