Ermənistanın paytaxtı Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxtanikol”) yazan 5 vətəndaş polisə aparılıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisindən məlumat verilib.
Onlara ölkənin inzibati qayda pozuntusu haqqında xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Bildirilib ki, həmin şəxslər Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun üzvləridir.
Qeyd edək ki, ötən günlərdə də oxşar aksiya keçirən gənclər saxlanılmışdı.