Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur

Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur O, axtarışa verilib
Region
27 Avqust , 2018 17:16
Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur
newsarmenia.am
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsi Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın 1994-cü il təvəllüdlü oğlu Tiqran Xaçatryanı saxta sənədlərdən istifadə edərək hərbi xidmətdən yayınmaqda şübhəli bilərək istintaqa cəlb edilməsi barədə qərar qəbul edib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı T.Xaçatryanın yerini müəyyənləşdirmək mümkün olmayıb və o, axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi