​Ermənistanda "Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında" qətnamə qəbul olunub

​Ermənistanda "Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında" qətnamə qəbul olunub Rusiya əleyhinə sənəd "Evronest" Parlament Assambleyası tərəfindən qəbul olunub
Region
18 Mart , 2015 00:14
​Ermənistanda Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında qətnamə qəbul olunub

Bakı. 18 mart. REPORT.AZ/ Martın 17-də İrəvanda öz işinə başlayan "Evronest" Parlament Assambleyası (PA) "Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında" qərar qəbul edib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, PA-nın həmsədri, Ukrayna nümayəndə heyətinin üzvü Boris Tarasyuk tərəfindən təqdim olunan qətnamə 38 səs lehinə, 9 əleyhinə və iki deputat bitərəf olmaqla qəbul edilib.

"Rusiya Ukraynaya qarşı müharibə aparır, nəticədə Donbassda insanlar ölür və əziyyət çəkir. Milyon yarımdan çox insan silahlı münaqişə nəticəsində məcburi köçkün, bir neçə yüz min insan qaçqın düşüb. Krım işğal olunub və qanunsuz olaraq Rusiyaya birləşdirilib", - deyə Tarasyuk qeyd edib.

"Evronest" Parlament Assambleyasına Avropa Parlamentinin deputatları, həmçinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olan altı ölkə parlamentinin üzvləri daxildir (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna).

Azərbaycan parlamentinin üzvləri hazırki tədbirdə iştirakdan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi