Ermənistanda Rusiya hərbçisi və həyat yoldaşı hücum zamanı xəsarət alıb  

Ermənistanda Rusiya hərbçisi və həyat yoldaşı hücum zamanı xəsarət alıb   Maskalı naməlum şəxs Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib
Region
6576
13 Mart , 2021 23:15
Ermənistanda Rusiya hərbçisi və həyat yoldaşı hücum zamanı xəsarət alıb   

Maskalı naməlum şəxs Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hücum nəticəsində rusiyalı hərbçi və xanımı müxtəlif xəsarətlər alıblar.

Məlumata görə, Ani kvartalına elektrik enerjisinin verilməsi dayandırılıb. Həmin rayonda yaşayan 40 yaşlı Roman Romanov elektrik enerjisinin təchizatının nə vaxt bərpa olunacağını öyrənmək üçün küçəyə çıxıb. Bir qədər sonra onun həyat yoldaşı Siruş səs eşidərək evdən çıxıb. Bu zaman o, ərinin maskalı şəxslə dalaşdığını görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb. Belə olduqda maskalı şəxs ona da bıçaqla hücum edib.

Ər və arvad hadisə yerinə gəlmiş polisə xəsarət aldıqlarını bildiriblər.

Saytın məlumatına görə, zərər çəkənlərdən biri, R.Romanov Rusiya Federasiyasının Gümrüdəki 102 saylı hərbi bazasında xidmət keçir.

Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Şirak əyaləti üzrə İstintaq İdarəsində hücum cəhdi faktı üzrə cinayət işi qaldırılıb.

Hazırda cinayətkarın axtarışı aparılır.

Son xəbərlər

Orphus sistemi