Ermənistanda quldurlar təqaüdçüləri qarət ediblər

Ermənistanda quldurlar təqaüdçüləri qarət ediblər Ermənistanda silahlı basqın hadisəsi baş verib.
Region
29 dekabr 2019 23:55
Ermənistanda quldurlar təqaüdçüləri qarət ediblər

Ermənistanda silahlı basqın hadisəsi baş verib.

"Report" "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə Ararat əyalətində qeydə alınıb.

Belə ki, maskalı şəxslər Barsraşen kəndində evlərdən birinə soxulublar. Quldurlar evin qoca sakinlərini bıçaqla hədələyərək, onları qarət ediblər.

Məlumata görə, iki naməlum şəxs 78 yaşlı Svetlana Asiryanın ağzını bağlayıblar. Bundan sonra onun 80 yaşlı əri Radvik Asiryanı hədələyərək qocadan pul tələb ediblər.

Quldurlar təqaüdçülərin 10 min rublunu və 15 min dramını qarət edərək hadisə yerindən qaçıb gizləniblər.

Son xəbərlər

Orphus sistemi