Ermənistanda məhkəmə övladını qətlə yetirən 68 yaşlı şəxs barəsində hökm çıxarıb.
Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.
Qeyd edilir ki, Ararat və Vayoçzor vilayətlərinin birgə məhkəməsi qızını boğaraq öldürmüş 68 yaşlı Hamlet Xaçatryanı 8 il müddətinə azadlıqdan məhrum edib.
İttiham aktına əsasən H.Xaçatryan Masis şəhərindəki mənzilində qızı, 1979-cu il təvəllüdlü Lusine Xaçatryanla sərxoş vəziyyətdə mübahisə edib. Mübahisə dava ilə nəticələnib və ahıl kişi övladını öldürüb.