Ermənistanda qızıl yatağında 3 meyit aşkarlanıb

Ermənistanda qızıl yatağında 3 meyit aşkarlanıb Ermənistanda Meqradzor icması yaxınlığında istismar olunmayan qızıl mədənində 3 kişi meyiti aşkarlanıb.
Region
10 İyun , 2020 11:26
Ermənistanda qızıl yatağında 3 meyit aşkarlanıb

Ermənistanda Meqradzor icması yaxınlığında istismar olunmayan qızıl mədənində 3 kişi meyiti aşkarlanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Böhran Mərkəzi yayıb.

Şaxtada meyiti tapılanların Hayk S. (1986), Baqrat X. (1991) və Aram Q. (1993) olduğu məlum olub.

Hadisə yerinə Meqradzor icmasının müvəqqəti başçısı N.Arutyunyan, təcili tibbi yardım işçiləri və polis əməkdaşları cəlb olunub.

Hazırda meyitlərlə bağlı məsələ araşdırılır.

Son xəbərlər

Orphus sistemi