Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib

Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib Partlayış nəticəsində "VAZ-2101" markalı avtomobilin sürücüsü ölüb
Region
27 Avqust , 2016 16:03
Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib

Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistanda Armavir əyalətinin Karakert kəndində yerləşən qazdoldurma stansiyasında partlayış baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, partlayış avqustun 27-nə keçən gecə "Norapat AK" yanacaqdoldurma məntəqəsində olub.

Hadisə "VAZ-2101" markalı avtomobilin balonunun doldurulması zamanı qeydə alınıb. Nəticədə "Jiquli"nin sürücüsü ölüb. Stansiyanın işçisi ayağından xəsarət alıb. O, "Erebuni" tibb mərkəzinə yerləşdirilib. 

Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi