Ermənistanda polis şöbəsinin rəisi və əməkdaşları saxlanılıb

Ermənistanda polis şöbəsinin rəisi və əməkdaşları saxlanılıb Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonun Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin 3 əməliyyat müvəkkili iki nəfər barəsində işgəncələrin tətbiqində şübhəli bilinərək saxlanılıb.
Region
27 Sentyabr , 2020 00:44
Ermənistanda polis şöbəsinin rəisi və əməkdaşları saxlanılıb

Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonunun Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin 3 əməliyyat müvəkkili iki şəxs barəsində işgəncələrin tətbiqində şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ilə bağlı həmçinin Nor Nork rayonunun Polis Şöbəsinin rəisi də saxlanılıb.

Məlumata görə, Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşı T.A.-nın (həmin şəxsin ad və soyadı tam açıqlanmır-red) həyat yoldaşı ilə mülki şəxs Vladimir Ohanyanın arvadı arasında şəxsi münasibətlər zəminində dava olub. V.Ohanyan Cinayət Axtarış Şöbəsinin əməliyyatçıları tərəfindən Nor Nork Polis Şöbəsinə aparılıb.

Eyni zamanda, hadisə ilə bağlı izahat tələb edən Vladimir Ohanyanın dostu Armen Kazaryan da polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılıb. Qeyd edilir ki, polis əməkdaşları şöbədə Ohanyanı və Kazaryanı döyüblər.

Faktla bağlı cinayət işi qaldırılıb, ilkin istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi