Yerevanda piket zamanı 27 nəfər saxlanılıb - YENİLƏNİB

Yerevanda piket zamanı 27 nəfər saxlanılıb - YENİLƏNİB Yerevanın polis şöbəsinə 27 nəfər saxlanılaraq aparılıb.
Region
195
12 İyun , 2020 17:33
Yerevanda piket zamanı 27 nəfər saxlanılıb - YENİLƏNİB

Yerevanın polis şöbəsinə 27 nəfər saxlanılaraq aparılıb. 

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, onlar Ermənistan vətəndaşının sərbəst toplaşmaq hüququnun təmin olunmasını tələb etmək üçün iyunun 12-də parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.


*** 13:40

Ermənistan polisi parlamentin binası qarşısında təkbaşına etiraz aksiyası keçirən hüquq müdafiəçisi Ruben Melikyanı tutub.

“Report” “Aysor”a istinadən xəbər verir ki, asayiş keşikçiləri onun qanunun tələblərinə əməl etmədiyi üçün saxlanıldığını bildiriblər.

Onlar Melikyandan piketi dayandırmasını tələb ediblər. Polisdən vurğulanıb ki, ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib: “Bu məhdudlaşdırıcı rejimdə aksiya keçirmək qadağandır”.

Ruben Melikyan hakimiyyətdən vətəndaşların dinc aksiya keçirməsinin təmin olunmasını tələb edib: “Artıq 4 aydır vətəndaşlar bu hüquqdan məhrum edilib”.

Onun etiraz aksiyasına Ermənistanın birinci ombudsmanı Larisa Allaverdyan daxil olmaqla başqa hüquq müdafiəçiləri də qoşulub.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi iyulun 13-dək üçüncü dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi