Bakı. 21 iyun. REPORT.AZ/ Ermənistanın hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyana və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işinə xitam veriblər.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qurumun saytında bildirilir ki, iyunun 21-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti həmin şəxslərə qarşı cinayət işinə xitam verilməsi və cinayət təhqiqatının dayandırılması barədə qərar qəbul edib.
Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan mayın 8-də ölkənin baş naziri seçilib. Bu, Yerevanda keçirilən kütləvi etiraz aksiyaları fonunda baş verib.