Ermənistanda oliqarx keçmiş baş naziri öz seçki blokuna daxil etməkdən imtina edib

Ermənistanda oliqarx keçmiş baş naziri öz seçki blokuna daxil etməkdən imtina edib Ovik Abramyan dəfələrlərlə hakim Respublikaçılar Partiyasının seçkiqabağı kampaniyasının başçısı olub
Region
25 Yanvar , 2017 14:21
Ermənistanda oliqarx keçmiş baş naziri öz seçki blokuna daxil etməkdən imtina edib

Bakı. 25 yanvar. REPORT.AZ/ “Çiçəklənən Ermənistan” Partiyasının keçmiş sədri, oliqarx Qaqik Tsarukyan ölkənin keçmiş baş naziri Ovik Abramyanı təsis etdiyi seçkiqabağı bloka daxil etməkdən imtina edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ovik Abramyan dəfələrlərlə hakim Respublikaçılar Partiyasının seçkiqabağı kampaniyasına başçılıq edib.

İnformasiyaya əsasən, Qaqik Tsarukyan bildirib ki, Ovik Abramyanla ölkə prezidenti Serj Sarqsyan, eləcə də Respublikaçılar Partiyası ilə keçmiş baş nazir arasındakı mövcud münasibətə qarışmaq istəmir.

Qeyd edək ki, keçmiş baş nazir Ovik Abramyan hakim Respublikaçılar Partiyasından istefa verib. O, partiya sədirinin müavini idi. Respublikaçılar Partiyasının sədri isə Serj Sarqsyandır. 

Xatırladaq ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi