Bakı. 13 may. REPORT.AZ/ Ermənistanda prezident iqamətgahının qarşısında qeyri-döyüş şəraitində hərbçi övladlarını itirən anaların etiraz piketi keçirilib.
"Report" xəbər verir ki, bu haqda erməni mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilib ki, etiraz aksiyası keçirən qadınlara qarşı polis güc tətbiq edib.
Məlumata görə, valideynlər Ermənistanın ali baş komandanı, prezidenti ilə görüş tələb ediblər.