Ermənistanın ən böyük şirkətlərindən birinin direktoru saxlanılıb

Ermənistanın ən böyük şirkətlərindən birinin direktoru saxlanılıb Ermənistanın hüquq-mühafizə orqanları “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryanı saxlayıb.
Region
5 aprel 2019 06:27
Ermənistanın ən böyük şirkətlərindən birinin direktoru saxlanılıb
0 : 00
0 : 00

Ermənistanın hüquq-mühafizə orqanları “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryanı saxlayıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin Dövlət Gəlirləri üzrə Komitəsinin sədri David Ananyan  təsdiqləyib.

Onun sözlərinə görə, Dövlət Gəlirləri üzrə Komitənin İstintaq İdarəsi şirkətdə yoxlama aparır.

Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük şirkətlərindəndir. 2001-ci ildə yaradılan “Spayka” 2007-ci ildən Avropa və MDB ölkələrinə, o cümlədən Rusiyaya meyvə və tərəvəz daşımaqla məşğuldur.

Son bir ildə “Spayka”da müxtəlif istiqamətdə yoxlama aparılır. Müəssisə vergidən yayınmaqda və bir sıra qanunsuz işlər görməkdə şübhəli bilinir. 2019-ci ilin yayında “Spakya”da Dövlət Gəlirləri üzrə Komitə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarənin əməkdaşları yoxlama aparmışdı. 

Son xəbərlər

Orphus sistemi