Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistanın Kaxtsraşen kəndinin sakinləri Yerevanda Nazirlər Kabineti binasının yaxınlığında etiraz aksiyası keçiriblər.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Aksiya iştirakçıları deyiblər ki, ötən il təhvil verdikləri üzümün pulunu 5 aydır ala bilmirlər.
"Nazir jurnalistlərə üzümü kəndlilərdən 40 drama (təxminən 13 qəpik - "REPORT") aldıqlarını deyib. Baxın, əlimizdə təhvil verdiymiz üzümün miqdarı barədə qəbz də var. Ancaq indiyədək üzümün pulunu ödəməyiblər. Bizim üçün bir qəpiyin də dəyəri var. İşığın, təbii qazın pulunu ödəyə bilmirik. Biz dilənmirik, öz pulumuzu tələb edirik.
Hökumət rəsmiləri həmişə pulumuzun ödəniləcəyinin bildirir. Bu bizi aldatmaq üçün tələdir", - deyə etiraz aksiyası iştirakçılarından biri vurğulayıb.