Ermənistanın müxalif partiyaları ümumrespublika mitinqi keçirəcək

Ermənistanın müxalif partiyaları ümumrespublika mitinqi keçirəcək "Hakim siyasi partiya dövlətimizin tələblərini həyata keçirmək qabiliyyətinin olmadığını sübut edib”
Region
691
22 Sentyabr , 2020 10:48
Ermənistanın müxalif partiyaları ümumrespublika mitinqi keçirəcək

Müxalif Çiçəklənən Ermənistan, “Daşnaksütyun” və Vətən partiyaları oktyabrın 8-də Yerevanda ümumrespublika mitinqi keçirəcəklər.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə adları çəkilən partiyalar birgə açıqlama yayıb.

“Üçlər” bildirib ki, son iki ildə hökumət ictimaiyyətin ümidlərini doğrultmayıb: “Hakimiyyət bütün sahələrdə uğursuzluğa uğrayıb. Hakim siyasi partiya dövlətimizin tələblərinin həyata keçirmək qabiliyyətinin olmadığını sübut edib”.

Son xəbərlər

Orphus sistemi