Ermənistanda müharibə veteranı qumbara ilə inzibati binaya daxil olub

Ermənistanda müharibə veteranı qumbara ilə inzibati binaya daxil olub Ermənistanın paytaxtı İrəvan şəhərində müharibə veteranı qumbara ilə inzibati binaya girib.
Region
20 Avqust , 2021 11:50
Ermənistanda müharibə veteranı qumbara ilə inzibati binaya daxil olub

Ermənistanın paytaxtı İrəvan şəhərində müharibə veteranı qumbara ilə inzibati binaya girib.

“Report” “Shamshyan.com”a istinadən xəbər verir ki, 34 yaşlı müharibə veteranı Samvel X. əlində qumbara ilə İrəvanın Malatiya-Sebastiya rayonu administrasiyasının binasına soxulub.

O, rəhbərliklə görüş tələb edib və tələbininin yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağını deyib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri söhbət zamanı onu könüllü şəkildə binanı tərk etməyə razı salıb. Polis bölməsinə aparılan şəxs barədə araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi