Ermənistanda müdafiə naziri barədə araşdırmanın aparılması tələb edilir

Ermənistanda müdafiə naziri barədə araşdırmanın aparılması tələb edilir Ermənistanın müdafiə naziri Suren Papikyanın dəbdəbəli, məmurun aylıq maaşı ilə uzlaşmayan toy mərasimi bu ölkənin ictimai xadimləri, sadə vətəndaşları arasında geniş rezonans doğuraraq narazılıq yaradıb. Bir sıra ictimai şəxslər müdafiə nazirinini gəlirl
Region
24 Yanvar , 2022 00:51
Ermənistanda müdafiə naziri barədə araşdırmanın aparılması tələb edilir

Ermənistanın müdafiə naziri Suren Papikyanın dəbdəbəli, məmurun aylıq maaşı ilə uzlaşmayan toy mərasimi bu ölkənin ictimai xadimləri, sadə vətəndaşları arasında geniş rezonans doğuraraq narazılıq yaradıb. Bir sıra ictimai şəxslər müdafiə nazirinini gəlirləri ilə bağlı araşdırmaların aparılması zəruriliyinə diqqət çəkiblər.

“Report” “Hraparak.am”a istinadən xəbər verir ki, toy mərasimi isə Qaqik Sarukyanın ailəsinə məxsus “Firon” restoran kompleksində baş tutub. Toyun aparıcısı “bahalı” tamada kimi tanınan Xoren Lonyan olub. Qeyd edilir ki, o, toy mərasimlərində 10-15 min ABŞ dollarına tamadalıq edir.

Mərasimdə Baş nazir Nikol Paşinyan və xanımı da iştirak edib, qonaqların ümumi sayı 500 nəfəri keçib.

Ermənistanın tanınmış politoloqları, ekspertləri, müxalif şəxslər, habelə ictimaiyyət nümayəndələri cəmi 3 il əvvəl tarix müəllimi işləmiş Suren Papikyanın bu qədər pulu hardan alması ilə suallar ünvanlayıblar. Onlar dəbdəbəli mərasimin “Firon” şadlıq sarayında keçirilməsinin ciddi korrupsiya faktlarından xəbər verdiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi