Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər

Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarını respublikanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştiraka məcbur ediblər
Region
270
26 Fevral , 2021 02:53
Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarını respublikanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştiraka məcbur ediblər.

“Report” xəbər verir ki, bununla bağlı faktları "Pastinfo" üzə çıxarıb.

Agentlik Dövlət Gəlirləri Komitəsinin mitinqdə iştirak edən yüksək vəzifəli şəxslərinin fotolarını yayıb. Bunlar komitənin rəhbəri Eduard Ovannisyan, Daxili Təhlükəsizlik İdarəsini rəisi Ercanik Akopyan, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Vardan Sarkisyan və digər vəzifəli şəxslərdir.

Qeyd edilir ki, Nikol Paşinyan tərəfindən çağırılmış mitinqdə maksimum 10 000-ə yaxın insan iştirak edib. “Və bütün bunlar inzibati resursdan istifadə ilə reallaşıb. Həm də təhlükəsizlik orqanlarının əməkdaşları kifayət qədər böyük sayda idilər", - "Pastinfo" qeyd edib.

Son xəbərlər

Orphus sistemi